ƏNZƏLİ YEMİŞİ

sırtıq, yapışdığından əl çəkməyən, itmilçəyi.

ƏNGİNİN ALTINA SALMAQ
ƏPPƏK OLUB GÖYƏ ÇƏKİLMƏK
OBASTAN VİKİ
Ənzəli
Ənzəli və ya Bəndər-i Ənzəli (fars. بندر انزلی‎)(Pəhləvilər sülaləsi dövründəki adı - Bəndər-i Pəhləvi) — İranın Gilan ostanında yerləşən şəhər, Bəndər Ənzəli şəhristanının inzibati mərkəzi.
Cərco yemişi
Cərco yemişi — xalq seleksiyası ilə yetişdirilmiş yemiş sortudur. Vətəni Orta Asiya olan bu sort yemişlər Azərbaycanda da qədimdən becərilir. Gecyetişən sort olsa da bostançılığın inkişaf etdiyi bölgələrin çoxunda geniş yayılmışdır. Həmin bölgələrin ekoloji şəraitinin uzunmüddətli təsiri Cərco yemişində müəyyən dəyişiklikləri formalaşdırmışdır. Yaşıl gülabi, qara gülabi və sarı gülabi kimi üç sortu Azərbaycanda ən geniş yayılanlarıdır. Cərco yemişinin tağı uzun, uzunluğu 13 sm, eni 19 sm olan yarpaqları enli, ürəkvarı formada, meyvələri yumurtavarı və uzunsov olur. Hər yemişin kütləsi 8 kq-a çatır. Yaşıl və qara gülabı meyvələrinin səthi hamar, naxışı zəif torludur; tor əsasən saplaqətrafı hissədə olur. Sarı gülabı sortu da naxışsızdır, tor meyvənin bütün səthini əhatə edir. Cərco yemişi çox şirin, qalın, sıx, yapışqanliflidir.
Çaylı yemişi
Çaylı yemişi və ya Dadaş tumu – Abşeronda xalq seleksiyası yolu ilə yetişdirilmiş sort. Tağı qısa, yarpaqları böyrəkvaridir. Meyvələri uunsovdur. Rəngi açıq-yaşıl, qabığı narın torlu, ləti sıx, şirəli və ağ rəngdədir. Dadı çox şirindir. Toxumları ağımtıl-sarı, orta irilikdə, yumurtavaridir. 90–100 günə yetişir. Hər ha-dan 25 ton məhsul götürmək mümkündür. Saxlama və daşınma orta dözümlüdür.
Ənzəli (Rəqs)
Ənzəli — Azərbaycanın milli rəqsi. Təqriban 1880-1890-ci illərdə Bakıda yaranmış rəqs melodiyasıdır. İfa tərzi aram, süzgündür, melodiyasının səslənmə xarakterinə görə "qocayanadır". "Ənzəli" ənənəvi rəqsdir. Onu toyun əvvəlində oynayarlar. "Ənzəli"ni əsasən yaşlı adamlar oynayır, lakin onu cavanlar da ifa edə bilər.
Ənzəli (dəqiqləşdirmə)
Ənzəli (oyun) — Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Ənzəli (rəqs) — Azərbaycanın milli rəqsi. Ənzəli (fars. بندر انزلی‎) — İranın Gilan ostanında yerləşən şəhər, Ənzəli şəhristanının inzibati mərkəzi. Ənzəli şəhristanı — İran İslam Respublikasının Gilan ostanında inzibati ərazi vahidi. Ənzəli əməliyyatı (1920) — 1920-ci ildə baş vermiş hərbi-dəniz əməliyyatı.
Ənzəli (oyun)
Ənzəli — Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Oyunda püşkü tapmaq yolu ilə kim uduzarsa, o, belini əyir və qalan oyunçular üç-dörd metr aralıda sıraya düzülürlər (6 nəfər); hər biri əyilənin belindən atlanır, oyunçular hər dəfə aşağıdakı sözləri dönə-dönə deyir və dediklərinə əməl edirlər. Birdə — Ənzəli hay ənzəli.İkidə — Xan əkbəriÜçdə — Xoruz banladı: qu-qulu-qu!Dörddə — Yanbız əzərlər.Beşdə — Taxta çıxarlar. (Bu zaman oyunçu "yatan" oyunçunun belində oturur və soruşur: — Minim, ya düşüm?) Əyilən: -Min və ya düş! — deyir. Oyun yenə davam edir. Altıda — Əl, üst, baş dəyməsin.Yeddidə — Tayəl keçərlər,Səkkizdə — Papaq qoyarlar. Doqquzda isə hamı əyilənin belinə minir, kim yıxılarsa, onun qulaqlarını dartırlar. Oyun keçirilərkən kim bu deyilənlərə əməl edə bilməsə "yatan"ı əvəz etməli olur.
Ənzəli Qanbayev
Ənzəli rəqsi
Ənzəli — Azərbaycanın milli rəqsi. Təqriban 1880-1890-ci illərdə Bakıda yaranmış rəqs melodiyasıdır. İfa tərzi aram, süzgündür, melodiyasının səslənmə xarakterinə görə "qocayanadır". "Ənzəli" ənənəvi rəqsdir. Onu toyun əvvəlində oynayarlar. "Ənzəli"ni əsasən yaşlı adamlar oynayır, lakin onu cavanlar da ifa edə bilər.
Ənzəli şəhristanı
Ənzəli Şəhristanı — İran İslam Respublikasının Gilan ostanında inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Ənzəli şəhəridir. 2006-cı ildə aparılmış siyahıyaalmanın yekunlarına əsasən şəhristanda 133 134 nəfər əhali yaşayır. Əhalisi əsasən giləklərdən ibarətdir.
Ənzəli əməliyyatı
Ənzəli əməliyyatı — Rusiyada vətəndaş müharibəsi zamanı Volqa-Xəzər hərbi donanması tərəfindən həyata keçirilən dəniz və amfibiya əməliyyatı. Hədəf İngiltərənin Şimali Fars Qüvvələrinin nəzarəti altında olan İranın Ənzəli şəhərində saxlanılan Rus Xəzər Flotiliyası idi. == Zəmin == Xəzər dənizindəki Rusiya vətəndaş müharibəsi Volqa-Xəzər donanması ilə Britaniyanın Xəzər flotiliyası arasındakı qarşıdurmanı görmüşdü, Britaniya Müttəfiqlərin müdaxiləsinin bir hissəsi olaraq Ağ hərəkatı dəstəkləyirdi. İngilislər və Ağlar Aleksandrovski Fort döyüşü zamanı qələbə qazandılar, lakin liman 1920-ci ilin aprelində yenidən ruslar tərəfindən ələ keçirildi. Britaniya Xəzər Donanması ləğv edildikdən və Ağ Xəzər Donanmasının İranın Ənzəli şəhərinə geri çəkilməsindən sonra, Britaniya hərbi dəstəsi silahlarından bütün blokları çıxarmış qalan gəmilərə cavabdeh idi. Bu sırada, Moskvada Trotski və Lenin ağlara və Fars ərazisinə yerləşdirilmiş ingilis qüvvələrinə ediləcək hərbi zərbənin həm əvvəllər general Anton Denikinin əlində olan və hal-hazırda İngiltərənin nəzarətində olan döyüş gəmilərini və hərbi materialları geri qaytaracağı, həm də Şimali İrandakı ingilis qüvvələrinə zərbə olacağı mövzusunda həmfikir idi. == Əməliyyat == Volqa-Xəzər Donanması Ənzəliyə hücum etmək üçün xeyli qüvvə topladı. Əməliyyat qrupu dörd köməkçi kreyserdən (Proletariy, Rosa Lüksemburq, Puşkin, Bela Kun), dörd esminesdən (Karl Liebknecht, Delnıy, Deyatelnyi, Rastoropnıy), iki atıcı qayıqdan (Qars və Ardaqan), Gretsiya nəqliyyat gəmisindən və digər kiçik hissələrdən ibarət idi. Səhər tezdən dəniz atəşi Britaniyanın əsas qərargahını vurdu, çünki ilk desant qrupları teleqraf xətlərini məhv edərkən, 2000 nəfər artıq sahilə çıxmışdı. Daha sonra danışıq aparmaq kapitulyasiya şərtləri ilə razılaşmaq üçün ingilislər tərəfindən motorlu torpedo gəmisinə qrup göndərildi.
Bəndər Ənzəli şəhristanı
Ənzəli Şəhristanı — İran İslam Respublikasının Gilan ostanında inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Ənzəli şəhəridir. 2006-cı ildə aparılmış siyahıyaalmanın yekunlarına əsasən şəhristanda 133 134 nəfər əhali yaşayır. Əhalisi əsasən giləklərdən ibarətdir.
Ənzəli əməliyyatı (1920)
Ənzəli əməliyyatı—1920-ci ildə baş vermiş hərbi-dəniz əməliyyatı. Həmin hadisələri təsvir edərkən müxtəlif arxiv materialları ilə yanaşı, ilk növbədə hadisənin fəal iştirakçısı, ekspedisiyanın rəhbəri Fyodor Raskolnikovun ilk dəfə 1934-cü ildə nəşr olunmuş kitabına istinad edəcəyik. Həmin kitab müəllifin faciəvi taleyi ilə əlaqədar olaraq uzun illər SSRİ-də təkrar nəşr olunmayıb, ilk nəşr isə kitabxanalardan yığışdırılıb. Təkrar nəşr yalnız 1964-cü ildə reallaşdırılıb — həmin vaxt ki, Raskolnikov artıq bəraət almışdı. Bununla da, onun haqqında yazılan, habelə onun özünün yazdığı bir çox mətnlər yalnız 1980-ci illərin sonlarından başlayaraq işıq üzü görəcəkdi. Məsələn, Raskolnikovun 1938-ci ildə qələmə aldığı "Stalinə açıq məktub" yazısı, yaxud məşhur Sovet yazıçısı Varlam Şalamovun "Fyodor Raskolnikov" məqaləsi buna sübutdur. Kim idi Raskolnikov? İlk bolşeviklər pleyadasının parlaq nümayəndələrindən biri, atəşin marksist, diplomat, hərbçi, yazıçı və jurnalist Fyodor Raskolnikov (əsl soyadı — İlyin) 1892-ci ildə anadan olmuşdu. Beləliklə, Fyodor Raskolnikovun bioqrafiyası köhnə bolşeviklərin bir çoxunun həyat həkayətindən elə də fərqlənmir — gizli mübarizə, təqiblər, İnqilab, var-gücü ilə Sovet hakimiyyəti uğrunda mübarizə, sonunda isə 1930-cu illərin sonlarının repressiyaları. İranın şimalında, Gilan əyalətində yerləşən Ənzəli şəhəri İranın Xəzər dənizi sahilindəki ən iri limanı idi.